XƏBƏRLƏR

ZAVODUMUZUN YENILIKLƏRI ILƏ BURADAN XƏBƏRDAR OLA BILƏRSINIZ.

"NB CERAMIC" MMC GƏNCƏDƏ ŞƏHID ÖVLADLARINI HIMAYƏYƏ GÖTÜRÜB

"NB CERAMIC" MMC GƏNCƏDƏ ŞƏHID ÖVLADLARINI HIMAYƏYƏ GÖTÜRÜB

2022-03-29

“NB Ceramic” MMC 20 şəhid ailəsinin 44 övladını 18 yaşına kimi himayəyə götürüb. Bu məqsədlə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkiltçılığı ilə “NB Ceramic” MMC-nin nümayəndələri şəhid ailələrini ziyarət edib, onlara plastik kartları təqdim ediblər. Görüş zamanı MMC-nin əməkdaşları bütün şəhid övladlarının cəmi 44 gün ərzində torpaqlarımızı yağı düşmən əlindən xilas edən atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildiriblər.